İsrail Müdafiə Qüvvələri oktyabrın 19-da Yəməndən atılan raketlə eyni miqyasda olan hücumları dəf etməyə hazırdır.
RİA Novosti xəbər verir ki, bu barədə jurnalistlərə brifinqdə İsrail Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Daniel Həcəri bildirib.
O qeyd edib ki, bir gün əvvəl Amerika hərbi gəmiləri Qırmızı dənizin şimalı üzərindəki səmada bir neçə qanadlı raket və pilotsuz təyyarələri ələ keçirib. Briqada generalının sözlərinə görə, mərmilər Yəməndən atılıb və İsrailə doğru yönələ bilərdi.
“İsrail dünyanın ən yaxşı hava hücumundan müdafiə imkanlarından birinə malikdir və o, həm də bu tip təhlükəyə hazırdır”, – ölkə ordusunun sözçüsü bildirib.
Mənbə: RİA Novosti