İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, Fələstinin HƏMAS hərəkatı ilə münaqişənin kəskinləşməsindən bəri İsrail ərazisinə 9500 raket və minaatan, eləcə də onlarla pilotsuz uçan aparat atılıb.
Publika.az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti IDF-ə istinadla məlumat yayıb.
Qeyd olunur ki, oktyabrın 7-də hücumun ilk saatlarında üç minə yaxın raket buraxılıb. İki minə yaxın sursatın İsrailin hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirildiyi də iddia edilir.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, bu, ölkə tarixində ilk dəfədir ki, bütün mövcud hava hücumundan müdafiə sistemləri eyni vaxtda döyüş növbətçiliyinə keçib.
Eyni zamanda, ələ keçirmə effektivliyi faizlə göstərilmir, lakin bir çox raketlərin yaşayış olmayan ərazilərə düşdüyü qeyd olunur.