AZ

"Azərbaycanda Avropa ilə müqayisədə hüquqşünasların sayı 10 dəfə azdır" - DEPUTAT

"Azərbaycanda hakimlərin sayı orta Avropa göstəricilərindən çox aşağıdır. Hakimlər həddindən artıq yüklənib. Cənab Prezidentimiz bununla bağlı fərman imzalayanda qeyd olunurdu ki, hakimlərin sayı 200 nəfər artırılsın". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında deputat Qüdrət Həsənquliyev “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

Deputat sözlərinə belə davam edib: "Türkiyədə hər il 20 min nəfər hüquq fakültəsindən məzun olur. Almaniyada bu rəqəm 100 mindir. Bizdə hüquqşünaslara çox ehtiyac var. Azərbaycanda orta Avropa göstəricilərinə görə hüquqşünasların sayı 10 dəfə azdır".

Ayşən Vəli

Seçilən
621
50
sia.az

10Mənbələr