Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
“İki sahil” xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid ifadə verib, sonra sənədlərin tədqiqinə başlanılıb, iş üzrə sənədlər elan olunub.
Daha sonra cinayət işi üzrə istintaqın başa çatdığı elan olunub. Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə prosesi noyabrın 7-də davam etdiriləcək.
***
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.
“İki sahil” xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ehtiyatda olan polkovnik Azay Kərimov ifadə verib.
Daha sonar hakim bildirib ki, iş üzrə təqsirləndirilən, zərərçəkən və şahidlərin dindirilməsi başa çatıb.
Prosesdə sənədlərin tədqiqinə başlanılıb. İş üzrə sənədlər elan olunub.
***
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası başlayıb.
“İki sahil” xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən proses şahid ifadəsi ilə davam etdirilir.