Ucarda yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun "20 Yanvar" küçəsində qeydə alınıb.
"BMV" və "VAZ 2106" markalı minik maşınlarının toqquşması nəticəsində Ucar rayon sakinləri - 1997-ci il təvəllüdlü Hasil Fuad oğlu Kazımov və onun həmyaşıdı Cəlal Zahid oğlu Mahmudov xəsarət alııblar.
Onlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.