AZ

İndoneziya sahillərində 5,3 maqnitudalı zəlzələ olub

İndoneziya sahillərində 5,3 maqnitudalı zəlzələ qeydə alınıb.

"Report"un xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 451 min sakinin yaşadığı Manado şəhərindən (Şimali Sulavesi əyaləti) 189 km şimal-şərqdə, ocağı 47 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Sunami təhlükəsi elan olunmayıb.

Seçilən
423
5
far.az

10Mənbələr