Britaniyanın Kayman adaları sahillərində 7,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Milli.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 29 min nəfərin yaşadığı Corctaun şəhərindən 210 km cənub-qərbdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Milli.Az