Karib dənizindəki Kayman adaları sahillərində 7,6 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (ESMC) məlumat yayıb . Portalın məlumatına görə, yeraltı təkanların episentri 29 min nəfərin yaşadığı Corctaun şəhərindən 210 kilometr cənub-qərbdə yerləşib. Seysmik hadisənin mənbəyi 10 kilometr dərinlikdə yerləşib. Tələfat və ya infrastruktura ziyan dəyməsi barədə məlumat verilməyib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta