Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 19-cu turun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, 2025-ci ilə təsadüf edən ilk turun sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Kəpəz”lə “Turan Tovuz”un əvəzediciləri üz-üzə gəliblər. Dörd qolluq qarşılaşmada qalib müəyyənləşməyib.
Əvəzedicilər Liqası
19-cu tur
18 yanvar
“Şamaxı-2” – “Qarabağ-2” 1:2
Qollar: Nicat Xasıyev, 43 – Qurban Səfərov, 56. Hikmət Cəbrayılzadə, 90.
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Aydın Bəxşiyev, Niyaz Əhmədov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Şamaxı şəhər stadionu, 14:00.
“Neftçi-2” – “Sabah-2” 1:1
Qollar: Məhəmməd Məmmədli, 89 – Elgün Dünyamalıyev, 22.
Hakimlər: Fərid Hacıyev, Şirmamed Mamedov, Rəhman Aslanov, İslam Məmmədov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.
19 yanvar
“Zirə-2” – “Araz-Naxçıvan-2” 2:0
Qollar: Fərid Kələntərov, 31. Nurhan Abdıyev, 69.
Hakimlər: Rauf Allahverdiyev, Eyyub İbrahimov, Vüqar Bayramov, Səbuhi Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Bakı. “ASK Arena”, 15:00.
“Sumqayıt-2” – “Səbail-2” 1:2
Qollar: Nihad Əhmədzadə, 47 – Vüsal Alızadə, 81-pen. Bəhram Köçərli, 90+4.
Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Rasim Axundov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.
21 yanvar
“Kəpəz-2” – “Turan Tovuz-2” 2:2
Qollar: Cavad Kərimov, 5. Nemət Musayev, 86 – Fərid Cəfərov, 2. Məzahir Məmmədzadə, 33.
Hakimlər: Əkbər Əhmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Sənan Bayramzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.