SOCAR-ın "Yaşıl” istiqrazlarının buraxılışına 15 yanvar 2025-ci il tarixindən start verilib. Emissiyanın ümumi məbləği 200 milyon ABŞ dollarıdır. İstiqrazların sayı 200 min ədəd, hər birinin nominal dəyəri 1 000 ABŞ dollarıdır.
Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 6%-dir. Faizlər rüblük ödəniləcək. “Yaşıl” istiqrazları əldə etmək üçün son tarix 28 fevral 2025-ci ildir.
İnvestorlar bu tarixə qədər ABB mobile vasitəsilə sifarişlərini yerləşdirərək SOCAR-ın “Yaşıl” istiqrazlarını əldə edib investisiya imkanlarından faydalana bilərlər.
“Yaşıl Gəlir, Yaşıl Gələcək” devizi ilə buraxılmış istiqrazların yerləşdirilməsindən əldə olunan vəsait “SOCAR Green” MMC-nin bərpa olunan layihələrinə və investisiyalarına sərf ediləcək. Bu baxımdan, SOCAR-ın “Yaşıl” istiqrazları vətəndaşlara etibarlı və stabil gəlir qazandırmaqla yanaşı, ölkəmizin "Yaşıl enerji" sahəsindəki təşəbbüslərini də dəstəkləyir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
10Mənbələr
-
fed.azSOCAR-ın “Yaşıl” istiqrazları - ABB MOBİLE TƏTBİQİNDƏ! ( 15029087)
-
1news.azSOCAR-ın “Yaşıl” istiqrazları ABB mobile tətbiqində! ( 14980389)
-
axar.azSOCAR-ın “Yaşıl” istiqrazları ABB mobile tətbiqində! ( 14977641)
-
sfera.azSOCAR-ın “Yaşıl” istiqrazları ABB mobile tətbiqində - Əlçatan investisya imkanı ( 14977153)
-
fed.azSOCAR-ın “Yaşıl” istiqrazları - ABB MOBİLE TƏTBİQİNDƏ! ( 14976733)
-
demokrat.azSOCAR-ın “Yaşıl” istiqrazları ABB mobile tətbiqində! ( 14976677)
-
azertag.az® SOCAR-ın “Yaşıl” istiqrazları “ABB mobile” tətbiqində! ( 14976489)
-
banco.azSOCAR-ın “Yaşıl” istiqrazları ABBmobile tətbiqində! ( 14975933)
-
anews.azSOCAR-ın “Yaşıl” istiqrazları ABB mobile tətbiqində! ( 14975527)
-
fins.azSOCAR-ın “Yaşıl” istiqrazlarıABB mobile tətbiqində! ( 14976827)