AZ

Azərbaycanın İrandakı səfirliyində terror hücumu ilə bağlı anım mərasimi keçirildi

  Azərbaycanın İrandakı səfirliyində terror hücumu ilə bağlı anım mərasimi keçirilib.

Referans.az xəbər verir ki, bu barədə səfir Əli Əlizadə “X” hesabında paylaşım edib.

“27 yanvar 2023-cü il tarixdə Səfirliyimizə qarşı törədilmiş terror aktı nəticəsində şəhid olmuş həmkarımız Orxan Əsgərovun əziz xatirəsini vəfatının ildönümündə andıq, onunla bağlı xatirələrimizi bölüşüb hörmətlə yad etdik. Allah rəhmət eləsin!”, – paylaşımda qeyd edilib.  


Seçilən
56
16
referans.az

10Mənbələr