Koreyanın Busan hava limanında sərnişin təyyarəsi yanıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Yonhap” agentliyi məlumat yayıb.
Belə ki, Busan Beynəlxalq Hava Limanından Honq-Konqa uçan “Air Busan” təyyarəsinin quyruğu yerli vaxtla saat 22:30-da havaya qalxmazdan əvvəl yanıb. Təyyarədə olan 169 sərnişin və yeddi ekipaj üzvü təxliyə edilib.
Təyyarənin quyruğunda başlayan yanğın, yayımlanan görüntülərə görə, bütün gövdəyə yayılıb.