![PUA-ların](/uploads/posts/2025-01/pua-hh.png)
Ukraynanın pilotsuz uçan aparatları (PUA) Rusiyanın Smolensk vilayətindəki nüvə enerjisi obyektini vurmağa cəhd ediblər.
Reyting.az yerli KİV-ə istinadla xəbər verir ki, bunu Smolensk vilayətinin qubernatoru Vasili Anoxin deyib.
O qeyd edib ki, müxtəlif ərazilərdə mülki obyektlər PUA-lar tərəfindən kütləvi hücuma məruz qalıb. Amma hücumlar hava hücumundan müdafiə və elektron döyüş sistemləri ilə dəf edilib.
ELÇİN