AZ

Kennedinin qızı əmisi oğluna qarşı çıxdı: "Yırtıcı və ikiüzlüdür!"- VİDEO

CNN-nin yaydığıməlumata görə,o, senatorları əmisi oğlu Robert Kennedinin Səhiyyə və Sosial Xidmətlər naziri vəzifəsinə namizədliyini rədd etməyə çağırıb.

Mask və Kennedi hakimiyyətin Trampa verilməsinə kömək edirlər
Kennedinin qızı senatorlara yazdığı məktubda qohumunu “yırtıcı və ikiüzlü” adlandırıb. Karolin Robertin potensial vəzifəsinin zərərləri barədə danışmağı özünə mənəvi borc bildiyini bildirib. O, həmçinin əmisi oğlunun narahatlıq doğuran davranışlarını, o cümlədən peyvəndlər haqqında ziddiyyətli fikirlərini önə çəkib.

Xatırladaq ki, ötən il kiçik Kennedi müstəqil namizəd kimi prezidentliyə namizəd olmuşdu. Lakin o, sonda kampaniyasını dayandırdı və Trampı dəstəklədi.

Tramp prezident seçiləndən sonra isə Robert Kennediyə özünün komandasında nazir kimi çalışmağı təklif etdi.


Tural Tağıyev
AzVision.az

Seçilən
20
12
azvision.az

10Mənbələr