AZ

Gürcüstan Aİ-ni “gürcü xalqının iradəsini yox etmək” istəyində ittiham edib

Gürcüstan parlamentinin spikeri: Avropa İttifaqı gürcü xalqının seçimini ləğv etmək istəyir...

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Gürcüstandakı seçkilərlə bağlı qəbul etdiyi qətnamə ilə faktiki olaraq gürcü xalqının seçimini “ləğv etmək”, bununla da ölkənin daxili işlərinə qarışmağa cəhd edir.

Poliqon xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili “İmedi” telekanalının efirində bildirib.

“Heç kimin gürcü xalqının iradəsini ləğv etməyə haqqı yoxdur. Biz AŞPA-da məhz belə bir cəhd gördük. Biz hər kəsi obyektiv olmağa və qırmızı xətləri keçməməyə çağırırıq”, deyə spiker vurğulayıb.

Qeyd edək ki, bu yaxınlarda Avropa Şurası Parlament Assambleyası hakimiyyət orqanlarını Gürcüstanda yeni parlament seçkiləri keçirməyə çağıran qətnamə qəbul edib. Bundan sonra Gürcüstan AŞPA-da fəaliyyətini dayandırmaq barədə bəyanat yayıb. Baş nazir İrakli Kobaxidze bu tələbləri təhqiramiz adlandırıb və bu tələblərə yenidə baxılacağı təqdirdə gürcü deputatların AŞPA-ya qayıtmasını mümkün hesab edib.

Poliqon.info

Seçilən
29
10
poliqon.info

10Mənbələr