Bakı. Trend:
COP29-un nəticələri əsas sahələrdə davamlılıq üçün yol xəritəsitəqdim edir.
Bunu Trend-əözəl müsahibəsində Rumıniyanın Ətraf mühit, sular və meşələr naziriMirça Feçet bildirib.
“COP29-da qəbul olunmuş qərarlar “COP Üçlüyü”nün birgə səyləriniəhəmiyyətli şəkildə formalaşdırmış olacaq, belə ki, COP30-dasədrlik Braziliyaya keçir. Bu nəticələr iqlim maliyyəsi, karbonbazarları və şəffaflıq kimi əsas sahələrdə davamlılığı təminedir.”, -deyə o bildirib.
Feçet vurğulayıb ki, 300 milyard dollarlıq illik iqlimmaliyyələşməsinin səfərbər olunması üzrə yeni hədəfin qoyulması“Üçlüyün” üzərinə son dərəcə vacib bir vəzifə qoyur – bu vəzifədayanıqlı tərəqqini təmin etməkdən ibarətdir.
“Azərbaycanın COP29-a sədrliyi bu resursların səfərbərolunmasının təməlini qoyub, hərçənd Braziliyanın vəzifəsihesabatlılıq prinsiplərinə riayyət etməklə özəl investisiyalarıncəlb edilməsi ilə bağlı innovativ strategiyaların hazırlanmasındanibarət olacaq. Həmçinin İtki və Zərər Fondunun gələcək fəaliyyətiüzrə əlaqələndirilmiş işə ehtiyac var. Azərbaycanın ölkələrarasında etibarın möhkəmləndirilməsində nail olduğu uğur,Braziliyanın Fondu idarəetmə həssas ölkələrin təcili ehtiyaclarınınödənilməsi üçün vəsaitlərin bölüşdürülməsi üzrə mexanizmlərininmükəmməlləşdirməsinə kömək edəcək. “Üçlük” bu mexanizmə olangözləntilərlə bağlı məsələlərin həllində bu dinamikanı qoruyubsaxlamalıdır.”, -deyə nazir bildirib.
O həmçinin qeyd edib ki, 6-cı maddə çərçivəsində karbonbazarlarının qaydalarının tərtibatının yekunlaşması, tullantılarınazaldılması üzrə beynəlxalq əməkdaşlığın təməlini qoyur.
"Braziliyanın rolu, xüsusilə ölkənin əhəmiyyətli təbii karbonuducularını nəzərə alaraq, bu bazarların necə effektiv işləyəbiləcəyini nümayiş etdirmək baxımından həlledici rol oynayacaq."Üçlük" COP29-da müəyyən edilmiş ekoloji təminatlar və şəffaflıqstandartlarının həyata keçirilməsində ardıcıllığı təmin edəcək.
Ölkələr öz gücləndirilmiş şəffaflıq strukturu çərçivəsindəşəffaflıq üzrə ikiillik hesabatlarını hazırladıqları bir vaxtda,“Üçlük” xüsusilə inkişaf etməkdə olan ölkələrdə potensialınartırılması baxımından vacib rol oynayacaq. Braziliya böyükehtimalla, regional əməkdaşlıq və həmin hesabatlar üzrə tələbələrriayyət olunmasını möhkəmləndirmək baxımından bu səylərə əsasdəstəyi göstərəcək.
Nəhayət, Braziliyanın sədrliyi COP29-un uğurlarını COP30-da dahaiddialı hədəflərə nail olmaq üçün bir bazis kimi istifadə edəcək.Bu, 2025-ci ilə qədər təqdim edilməli olan yenilənmiş millisəviyyədə müəyyən edilmiş töhfələrin (NDC) razılaşdırılmasını daəhatə edir. "Üçlük" əldə edilən tərəqqinin itirilməməsini və Bakıdaəldə edilən razılaşmaların Braziliyada konkret nəticələrə gətiribçıxarmasını təmin etmək üçün tədbirləri əlaqələndirəcək. "Üçlüyün"birgə işi COP29-da götürülən öhdəliklərin real iqlim tədbirlərinəçevrilməsində həlledici rol oynayacaq", – deyə nazirvurğulayıb.