AZ

Ağcabədidə xəsarət alanların vəziyyəti açıqlandı

Ağcabədidə qumbaranın partlaması nəticəsində xəsarət alan 2 nəfərin vəziyyəti açıqlanıb. TƏBİB-dən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.Onlardan 1985-ci il təvəllüdlü (qadın cinsli) şəxsə aşağı ətrafın qapalı travması, 2014-cü il təvəllüdlü (qadın cinsli) azyaşlıya isə aşağı ətrafın sıyrılmış-deşilmiş yarası diaqnozları təyin olunub. Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicələri davam etdirilir. Hazırda hər ikisinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
31
15
metbuat.az

10Mənbələr