AZ

Azərbaycanda kredit sığortası üzrə yığım və ödənişlər artıb

Bakı. Trend:

Ötən il Azərbaycanda kredit sığortası üzrə 5,2 milyon manatsığorta haqqı toplanılıb.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldəedib.

Məlumata əsasən, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 3,4milyon manat və ya 2,8 dəfə çoxdur.

Eyni zamanda hesabat dövründə kredit sığortası üzrə 2 min manatsığorta ödənişləri həyata keçirilib ki, bu da 2023-cü ildəkigöstəriciyə nisbətən 74 min manat və ya 38 dəfə çoxdur.

Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycanda sığortayığımlarının həcmi 1,3 milyard manat təşkil edib. Bu, 2023-cüildəki göstəricilərlə müqayisədə 130,6 milyon manat və ya 10,7%çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin etdiyi ödənişlərin həcmiisə 752,7 milyon manat olub ki, bu da illik müqayisədə 165,4 milyonmanat və ya 28,1% artım deməkdir.

Seçilən
5
4
az.trend.az

5Mənbələr