AZ

Bundesliqa: “Bavariya” “Holştayn Kiel”ni məğlub edib

Bakı. Trend:

“Bavariya” Bundesliqanın 20-ci turunda 17-ci sırada qərarlaşan“Holştayn Kiel”i qəbul edib.

Trend xəbər verir ki, görüşdəmünxenlilər zəif rəqib qarşısında çətin qələbə qazanıblar – 4:3.Camal Musialanın 19-cu dəqiqədə hesabı açdığı qarşılaşmada HarriKeyn dubl edib. İngilis futbolçu ilk hissənin sonuncu (45+2) vəikinci hissənin ilk dəqiqələrində (46) rəqib qapısına yol tapıb.“Bavariya”nın dördüncü qolunu 54-cü dəqiqədə Sergi Qnabri vurub.Matçın 62-ci dəqiqəsində Finn-Dominik Poratın sayəsində buqollardan birini əvəzini çıxan qonaqların heyətində Steven Skribskigörüşün əsas vaxtına əlavə olunmuş hissədə daha iki qol vuraraq(90+1 və 90+3) hesab arasındakı fərqi minimuma endirib.

Beləliklə, görüşdə 4:3 hesabı ilə qalib gələn “Bavariya” ardıcılaltıncı qələbəsini qazanaraq xallarının sayını 51-ə çatdırıb.“Holştayn Kiel” isə 12 xalla 17-ci sırada qərarlaşıb.

Turun gün ərzində oynanılan digər görüşlərində aşağıdakınəticələr qeydə alınıb:

“Ştutqart” - “Borussiya Münxenqladbax” – 1:2;

“Haydenhaym” – “Borussiya Dortmund” – 1:2;

“Boxum” – “Frayburq” – 0:1;

“St Pauli” – “Auqsburq” – 1:1;

“Union Berlin” – “Leyptsiq” – 0:0.

Xatırladaq ki, turun açılış matçında “Verder Bremen” doğmameydanda “Maynts” üzərində minimal hesablı qələbə qazanıb –0:1.

Tura bazar günü oynanılacaq “Ayntraxt Frankfurt” – “Volfsburq”və “Bayer Leverkuzen” – “Hoffenhaym” görüşləri ilə yekunvurulacaq.

Seçilən
31
4
az.trend.az

6Mənbələr