Bakı. Trend:
Sudanın paytaxtı Xartum yaxınlığındakı Omdurman şəhərində bazarınbombalanması nəticəsində həyatını itirənlərin sayı artıb.
Trend xəbər verirki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Son məlumatlara görə, azı 61 nəfər həlak olub, 65-dən çox insanxəsarət alıb. Sudanın Səhiyyə Nazirliyi isə 54 nəfərin öldüyünü,158 nəfərin yaralandığını bildirib.
Hücumun Çevik Reaksiya Qüvvələri tərəfindən həyata keçirildiyiiddia olunur. Hazırda hadisə ilə bağlı araşdırmalar aparılır.