Dünən baş tutan “Tata Steel Challengers 2025” turnirinin 12-ci turunda Aydın Süleymanlı qələbə qazanıb.
Offsideplus.az xəbər verir ki, şahmatçımızın rəqibi almaniyalı Frederik Sveyn olub. Görüşə ağ fiqurlarla başlayan Aydın, rəqibini məğlub etməyi bacarıb. Beləliklə, təmsilçimiz aktivinə daha 1 xalı yazaraq 1-ci yerə yüksəlib.
Qeyd edək ki, hazırda təmsilçimizin aktivində 12 oyuna 8.5 xal var və turnir cədvəlinə başçılıq edir.