Los-Ancelesdəki baş konsulu Vüqar Qurbanov qazaxıstanlı həmkarı Nazirə Nurbayeva ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə azərbaycanlı diplomat sosial şəbəkədə bildirib.
“Qazaxıstanın San-Fransiskodakı baş konsulu xanım Nazirə Nurbayevaya səmimi qəbul və qonaqpərvərliyinə görə təşəkkür edirəm. Azərbaycan və Qazaxıstan arasındakı güclü dostluq və tərəfdaşlıqdan ilhamlanan konstruktiv müzakirə aparmaqdan məmnunam”, – baş konsul qeyd edib.
Xatırladaq ki, daha əvvəl azərbaycanlı diplomatlar Kaliforniyada ASALA terrorçularının qurbanı olmuş türkiyəli həmlarlarının xatirəsini yad etmişdilər.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta