Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib.
APA-nın yerli bürosunun məlumatına görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən Goranboy-Naftalan rayonlarə üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov vəzifəsindən azad edilib.
Goranboy-Naftalan təhsil sektoruna müdir əvəzi Regional Təhsil İdarəsinin əməkdaşına həvalə edilib.
Qeyd edək ki, Xəyal Məmmədov Goranboy-Naftalan rayonlarə üzrə təhsil sektorunun müdir vəzifəsinə 2022-ci ildə təyin edilib. Məlumata görə, sektor müdiri X.Məmmədov işdən çıxması ilə bağlı istefa ərizəsi yazıb.Onun ərizəsi qəbul edilib və vəzifəsindən azad olunması ilə bağlı əmr imzalanıb.