AZ

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə hesabında paylaşım olunub.

"Pakistan İslam Respublikasının Bəlucistan şəhərində terror aktı xəbəri bizi dərindən kədərləndirdi.

Düşüncələrimiz və dualarımız qurbanların ailələri ilə birlikdədir və bu çətin zamanda Pakistanla həmrəyik.

Terrorizmin dağıdıcı təsiri ilə üzləşmiş Azərbaycan bu təhlükəyə qarşı bütün səyləri dəstəkləməyə tam sadiqdir", - paylaşımda belə qeyd olunub.


Müəllif: Ceyhun Ağazadə
Seçilən
8
29
teleqraf.com

10Mənbələr