AZ

Kiçik sahibkarlığa verilən biznes kreditlərinin həcmi - 37 MİLYON MANAT AZALIB

2025-ci ilin dekabrın 1-nə Azərbaycan banklarının kiçik sahibkarlığa verilən biznes kreditlərinin həcmi  1 milyard 548 milyon manat təşkil edib.

FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.

Bu kreditlərin həcmi aylıq müqayisədə 12,9 milyon manat (0,8%) artıb, illik müqayisədə 36,9 milyon manat (2,3%) azalıb.

Qeyd edək ki, kiçik sahibkarlığa verilən biznes kreditlərinin həcmi 2024-cü ilin dekabrın 1-nə 1 milyard 535,7 milyon manatın, ötən ilin eyni dövrünə 1 milyard 585,7 milyon manat  təşkil edib.

Bundan başqa üçün xatırlatma üçün bildirək ki, 2025-ci ilin dekabrın 1-nə Azərbaycan banklarının cəmi biznes kredit portfeli 14 milyard 787,2 milyon manat təşkil edib.

Biznes kredit portfeli aylıq müqayisədə 40,5 milyon manat (0,2%), illik müqayisədə 2 milyard 170,4 milyon manat (17,2%) böyüyüb.

Qeyd edək ki, ümumi biznes kredit portfeli 2024-cü ilin dekabrın 1-nə  14 milyard 746,7 milyon manatın,  ötən ilin eyni dövrünə 12 milyard 616,8 milyon manat  təşkil edib.

Seçilən
10
8
fed.az

10Mənbələr