AZ

Bakıda su emalı müəssisəsində ciddi nöqsanlar aşkarlanıb (FOTO)

Bakı. Trend:

Bakı şəhəri, H.Mirzəyev 1069 ünvanında yerləşən, fiziki şəxsYusifov Namik Səlim oğluna məxsus qablaşdırılmış su emalımüəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyininəməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı ciddi nöqsanlarmüəyyən olunub.

Trendxəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) məlumat yayıb.

Bildirilib ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatındankeçmədən fəaliyyət göstərdiyi, emal zamanı texnoloji ardıcıllıqprinsipinin pozulduğu, qablaşdırma materiallarının yuyulmasıprosesinin kustar üsulla həyata keçirildiyi, 19 litrlik “Xanbulaq”əmtəə nişanlı suların qablaşdırılmasında istehsal tarixinin qeydedilmədiyi aşkarlanıb.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtibedilib, müəssisənin fəaliyyəti dayandırılıb.

Bakıda
Bakıda
Bakıda
Məqalədə:
Seçilən
17
17
az.trend.az

10Mənbələr