Spiker: Tiflis ümid edir ki, Avropa Şurası Parlament Assambleyası demokratiya və suverenliyə hörmətə əsaslanan əsas dəyərlərinə qayıdacaq
Gürcüstan hakimiyyəti Avropa Şurası Parlament Assambleyasından (AŞPA) öz nümayəndə heyətinin üzvlərini geri çağırmaq qərarına gəlib.
Operativ Media xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Şalva Papuaşvili büro iclasında deyib: “Biz Avropa Şurası Parlament Assambleyasının demokratiya və suverenliyə hörmətə əsaslanan əsas dəyərlərinə qayıtmasını gözləyirik”.