Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi İlham Yadullayevin müqavilə müddəti artırılıb.
"Far.Az"un məlumatına görə, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.
Sözləşmənin müddəti “UEFA İnkişaf Turniri-2025”də iştirakla əlaqədar mayın 1-dək uzadılıb.
Digər yaş qrupları üzrə milli komandaların baş məşqçilərinin təyinatı komitənin növbəti iclasında müzakirə olunacaq.