ABŞ prezidenti Donald Trampın oğlu Venesiyada nadir quşları qanunsuz ovlamaqda şübhəli bilinir.
Teleqraf.com xəbər verir ki, bu barədə Amerikanın “Washington Post” qəzeti peyk şəkillərinə və ekspertə istinadən yazır.
Veneto regional şurasının üzvləri iddia edirlər ki, “Global Hunt for Adventure” saytında yerləşdirilən videoda kiçik Trampın Avropada olduqca nadir növ olan qırmızı döşlü qazı tutduğunu nümayiş etdirib.
Kiçik Trampın Venesiyaya səfəriötən ilin dekabrında baş tutub. Yaşıllar və Solçular Alyansından deputat Luana Zanella ətraf mühit naziri Gilberto Pichetto-Fratindən hadisə ilə bağlı parlament hesabatı tələb edib.
Müəllif: Teleqraf.com