“Beşiktaş”ın liviyalı yarımmüdafiəçisi Moatasem Əl-Musrati “Monako”ya keçib.
Publika.az xəbər verir ki, o, mövsümün onuna qədər Fransa nəhəngində icarədə olacaq.
Bu barədə Liqa 1 klubunun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı futbolçu karyerasının böyük hissəsini “Braqa”da keçirib və 151 matçda 15 qol vurub və 8 məhsuldar ötürmə edib.