AZ

Gürcüstan parlamentinin sədri USAID-i seçkilərə müdaxilə etməkdə ittiham etdi

Bakı. Trend:

ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) qeyri-hökuməttəşkilatlarının vasitəsilə Gürcüstandakı seçkilərə 41,7 milyondollar vəsait xərcləyib.

Trend xəbərverir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilibildirib.

“Əgər ABŞ və Gürcüstan əhalisinin say nisbətini nəzərə alsaq, buməbləğ ABŞ-dakı seçkilərə yönləndirilmiş 3,78 milyar dollar xariciinvestisiyaya bərabərdir. ÜDM-lə müqayisə etsək bu rəqəmlər dahaabsurd görsənəcək. Bir ölkənin seçkilərinə 41,7 milyon dollarxərcləyib, onun xalqı qarşısında məsuliyyət hiss etməməkmükmünsüzdür.

Seçki nəticələri ilə bağlı yalan məlumatların yayılmasınacavabdeh olan, 2020-ci ilin seçkilərinin pozulmasında iştirak edənvə 2024-cü ildə analoji praktikanı davam etdirən USAID, ABŞ-ninvergi ödəyicilərinə məxsus milyonların necə və nə üçünGürcüstandakı seçki prosesini pozmağa çalışan qeyri-hökuməttəşkilatlarına sərf olunduğunu aydınlaşdırmalıdır”, -deyəPapuaşvili öz “X” səhifəsində yazıb.

Qeyd edək ki, USAID-in rəsmi saytı hal-hazırda fəaliyyətgöstərmir. Tramp administrasiyası USAID-in müstəqil təşkilatstatusundan məhrum edib, dövlət departamentinin strukturunainteqrasiya edilməsinin mümkünlüyünü nəzərdən keçirir.

Məqalədə:
Seçilən
19
50
az.trend.az

10Mənbələr