AZ

Senatın komitəsi kiçik Kennedinin ABŞ-nin səhiyyə naziri vəzifəsinə təsdiqini tövsiyə edir

Senatın Maliyyə Komitəsi Prezident Donald Trampın Səhiyyə və İnsan Xidmətləri naziri vəzifəsinə kiçik Robert Kennedinin namizədliyini təsdiq etməyi tövsiyə edib.

"Report"un məlumatına görə, bu barədə C-SPAN telekanalı məlumat yayıb.

Komitədəki 14 respublikaçı kiçik Kennedinin namizədliyinin lehinə, 13 demokrat isə əleyhinə səs verib.

Yaxın günlərdə Senatın tam tərkibi ilə yekun səsvermənin keçiriləcəyi gözlənilir. Təsdiqlənərsə, kiçik Kennedi and içəcək.

71 yaşlı kiçik Robert Kennedi ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qardaşı oğludur. Son prezident seçkiləri zamanı Demokratlar Partiyasının keçmiş üzvü olan kiçik Kennedi müstəqil şəkildə prezidentliyə namizədliyini irəli sürmüşdü. Sonra o, Trampı dəstəkləmək qərarına gəlib.

Seçilən
1
2
report.az

10Mənbələr