AZ

Zelenski Trampa Rusiyanın nəzarətində olan faydalı qazıntı yataqlarını təklif etdiyini etiraf edib

Ukrayna prezidenti Vladimir Zelenski təsdiqləyib ki, Ukraynanın ABŞ-a təklif etdiyi mineralların və nadir metalların əhəmiyyətli ehtiyatları Kiyevin nəzarətində olmayan ərazilərdə yerləşir.

Zelenski MAQATE-nin baş direktoru Rafael Qrossi ilə görüşdən sonra deyib: “Həqiqətən də, mineral ehtiyatlarımızın əhəmiyyətli bir hissəsi nəzarət olunmayan ərazilərdə yerləşir."

Zelenski bildirib ki, Ukrayna Rusiya ilə “diplomatik formatda” ilk görüşdə Zaporijjya AES məsələsini qaldırmağı planlaşdırır.

Bundan əvvəl Zelenski ABŞ prezidenti Donald Trampın Ukraynanın nadir yeraltı sərvətlərin əldə etmək istəyinin ədalətli olduğunu bildirib.

Bir gün əvvəl Tramp Kiyev Vaşinqtona nadir torpaq ehtiyatlarına çıxış imkanı verərsə, Ukraynanı dəstəkləməyə davam etməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Ukrayna tərəfi artıq belə bir razılaşmaya hazır olduğunu bildirib. Məsələ Amerikanın Kiyevə silah tədarükünün dayandırılması və sonradan bərpası, həmçinin ABŞ prezident administrasiyası daxilində yardımın məbləği ilə bağlı fikir ayrılıqları fonunda müzakirə edilir.

Əziz Mustafa, Oxuməni.az

Seçilən
9
19
oxumeni.az

10Mənbələr