AZ

Son 2 ayda dünyada baş verən təyyarə qəzalarının SİYAHISI

Son iki ayda dünyada baş verən 6 təyyarə qəzasında ümumilikdə 313 nəfər həyatını itirib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, müxtəlif bölgələrdəki bu qəzalara sərnişin təyyarələri və şəxsi təyyarələr daxildir.
 
Dünyanın müxtəlif yerlərində baş verən qəzalar aviasiya sənayesində təhlükəsizlik standartlarını bir daha gündəmə gətirsə də, təkcə son 2 ayda 6 böyük təyyarə qəzası baş verib.
 
Həmin qəzaları təqdim edirik:
 
1-25 dekabr 2024-cü il: Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5-i ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəzadan 32 nəfər sağ qalıb, 38 nəfər ölüb. 
 
2-29 dekabr 2024-cü il: Taylandın Banqkok şəhərindən havaya qalxan sərnişin təyyarəsi şassisi bağlı halda gövdəsinə enərək Cənubi Koreyanın paytaxtı Seulun Muan Beynəlxalq Hava Limanında divara çırpılıb.
 
Cənubi Koreyada baş verən bu ən ölümcül təyyarə qəzasında 4-ü ekipaj üzvü olmaqla 179 nəfər ölüb, 2 kabinə işçisi isə xəstəxanada müalicə olunub.
 
3- 29 yanvar 2025-ci il: Cənubi Sudanda neftçiləri daşıyan təyyarə havaya qalxarkən qəzaya uğradı. Təyyarədə olan 21 nəfərdən 20-si dünyasını dəyişib.
 
4- 29 yanvar 2025-ci il: Venesuelada Ədliyyə Nazirliyinə məxsus Cessna S550 Citation tipli təyyarə Fransisko de Miranda aviabazasından havaya qalxdıqdan qısa müddət sonra meşə sahəsinə düşüb. Təyyarədə olan 3 nəfər həlak olub.
 
5- 29 yanvar 2024-cü il: Vaşinqtonda sərnişin təyyarəsi və ABŞ ordusuna məxsus helikopter havada toqquşub və Potomak çayına düşüb. ABŞ-da son 20 ilin ən ölümcül təyyarə qəzasında 67 nəfər həyatını itirib, sağ qalan olmayıb.
 
6- 31 yanvar 2025-ci il: ABŞ-ın Pensilvaniya ştatından havaya qalxan Learjet 55 tipli təyyarə havaya qalxdıqdan az sonra yaşayış məntəqəsinə çırpılıb. Qəzada 2-si təyyarədə, 4-ü isə təyyarənin düşdüyü yerdə olmaqla ümumilikdə 6 nəfər həlak olub.
 
Oksana
Seçilən
19
2
azxeber.com

5Mənbələr