AZ

Azərbaycan Kubokunda 1/4 finalın ilk oyunları yekunlaşır

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.

Premyer Liqada işləri yaxşı gedən iki komanda – “Araz-Naxçıvan” və “Zirə” bu gün Mərdəkanda üz-üzə gələcəklər. Bu komandalar indiyə qədər kubokda heç vaxt qarşılaşmayıblar. Bir sözlə, Naxçıvan və Zirə təmsilçiləri kubokdakı ilk matçdan uğurlu nəticə ilə ayrılmağa çalışacaqlar.

Günün digər qarşılaşması “Səbail”lə “Qarabağ” arasında baş tutacaq. Ağdam təmsilçisi Premyer Liqanın aşkar autsayderi ilə görüşdə favoritdir. Komandalar arasında yeganə qarşılaşmada da “Qarabağ” böyükhesablı (5:0) qələbə qazanıb. “Səbail” qol da vurmayıb.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab qarşılaşmaları fevralın 27-də və 28-də keçiriləcək.

Azərbaycan Kuboku
1/4 finalın ilk oyunları
5 fevral

“Kəpəz” – “Neftçi” 0:2
Qollar: Ağadadaş Salyanski, 35, Yuri Matias, 69.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Nicat İsmayıllı.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tovuz şəhər stadionu, 16:00.

“Sabah” – “Sumqayıt” 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Masazır Arena”, 18:30.

6 fevral

“Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Əli Əliyev
VAR: Nicat İsmayıllı.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Dalğa Arena”, 16:00.

“Səbail” – “Qarabağ”
Hakimlər: Rauf Cabbarov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamranbəy Rəhimov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Bayıl Arena”, 18:30.

Seçilən
39
2
arena.az

10Mənbələr