AZ

Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb

Ucarda məktəbli sinif yoldaşına ağır xəsarət yetirib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Rəstəcə kəndində baş verib. Rəstəcə kənd tam orta məktəbin 9 -cı sinif şagirdi, 2009- cu il təvəllüdlü M. H. sinif yoldaşı Q.H. arasında mübahisə dava ilə nəticələnib. Belə ki, Q. H. M. H-ya bıçaqla xəsarətlər yetirib.

Zərərçəkən Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin yardım göstərildikdən sonra Göyçay rayon xəstəxanasına aparılıb.

Zərərçəkənin yaxınlarının dediyinə görə, hadisə məktəbdə, sinif otağında baş verib.

Seçilən
17
27
apa.az

10Mənbələr