AZ

Sənaye zonalarında nə qədər avtomobil istehsal edilib?

Sədr bildirib ki, avtomobil istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 34% artıb

2018-ci ildən 2024-cü il də daxil olmaqla İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 442,5 milyon manatlıq avtomobil istehsalı həyata keçirilib.

Operativ media xəbər verir ki, bu sözləri İqtisadi Zonaların İnkişafı Agentliyin sədri Seymur Adıgözəlov deyib

"Təkcə ötən il ərzində Hacıqabul Sənaye Parkında 107,5 milyon manatlıq 3761 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsində isə 54,65 milyon manatlıq 2182 ədəd avtomobil istehsal edilib. Avtomobil istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 34% artıb".

Seçilən
17
7
operativmedia.az

10Mənbələr