AZ

Sənaye zonalarında 442,5 milyon manatlıq avtomobil istehsal olunub

Cari ildə ölkəmizdə Çinin BYD şirkəti tərəfindən elektrik mühərrikli avtobusların istehsalı müəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır.

Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov 2024-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, artıq istehsal üçün lazımı infrastruktur qurulub, yaxın günlərdə isə istehsal xəttinin quraşdırılması istiqamətində işlərə başlanması nəzərdə tutulur. "Layihənin təqribi investisiya həcmi 29 milyon manatdan çoxdur",- S.Adıgözəlov qeyd edib.

O da bildirilib ki, 2018-ci ildən 2024-cü il də daxil olmaqla İZİA-nın idarəçiliyində olan sənaye zonalarında 442,5 milyon manatlıq avtomobil istehsalı həyata keçirilib. Təkcə ötən il ərzində Hacıqabul Sənaye Parkında 107,5 milyon manatlıq 3761 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsində isə 54,65 milyon manatlıq 2182 ədəd avtomobil istehsal edilib. Avtomobil istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 34 faiz artıb.

Seçilən
12
7
vergiler.az

10Mənbələr