Bakı. Trend:
Ötən il Azərbaycanla Amerika Birləşmiş Ştatları (ABŞ) arasındaticarət əməliyyatlarının həcmi 1,7 milyard ABŞ dolları təşkiledib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.
Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 848,8milyon ABŞ dolları və ya 1,9 dəfə çoxdur.
Hesabat dövründə Amerika Birləşmiş Ştatları ilə ticarətdövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 3,63%-ihəcmində olub.
Ötən il Azərbaycan Birləşmiş Ştatlara 135 milyon ABŞ dollarıdəyərində məhsul ixrac edib ki, bu da 2023-cü ildəki göstəriciyənisbətən 119 milyon ABŞ dolları və ya 8,4 dəfə çoxdur.
2024-cü ildə Azərbaycan ABŞ-dən məhsul idxalını illik müqayisədə729,7 milyon ABŞ dolları və ya 1,8 dəfə artıraraq 1,6 milyard ABŞdollarına çatdırıb. Dövr ərzində Amerika ilə idxal əməliyyatlarıölkənin ümumi idxalının 7,68%-ni təşkil edib.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycan xarici ölkələrlə(180 ölkə) 47,6 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Məlumata görə, bu, 2023-cü ilə nisbətən 3,6 milyard ABŞdolları və ya 7% azdır.
Xarici ticarət dövriyyəsinin 26,5 milyard ABŞ dolları ixracın,2,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac7,3 milyard ABŞ dolları və ya 21,7% azalıb, idxal isə 3,8 milyardABŞ dolları və ya 21,8% artıb. Nəticə etibarilə xarici ticarətdə5,5 milyard ABŞ dolları həcmində müsbət saldo yaranıb. Bu da illikmüqayisədə 3 dəfə azdır.