“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov Bakıda “Rus Evi”nin (“Rossotrudniçestvo” nümayəndəliyi) qeydiyyata alınmasının zəruriliyi ilə bağlı Azərbaycandan nota aldığını təsdiqləyib.
Vətəninfo.az-ın “TASS”-a istinadən xəbər verir ki, o, bu barədə “Rossiya-24” telekanalında məlumat verib.
“Burada deyilir ki, bizim nümayəndəliyimiz, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi (RİMM), xalq arasında “Rus Evi” də adlanır, yerli qanunvericiliyə əsasən hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir”, – deyə Primakov bildirib.