AZ

İmişlinin Qaralar bələdiyyəsindən daxil olan şikayət təmin edilməyib

Bakı. Trend:

Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclasıkeçirilib.

Trend xəbər verir ki, iclasdayanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar MSK-yadaxil olan müraciətlərə baxılıb.

Məlumat verilib ki, 81 saylı İmişli seçki dairəsinin Qaralarbələdiyyə üzvlüyünə namizədlərin şikayətləri qanunvericiliyintələbinə uyğun şəkildə və zamanda baxılıb. Şikayətlərin əsassızhesab olunmasına dair qərar verilib.

Qeyd edək ki, iclasda şikayətçilər də iştirak ediblər.

Xatırladaq ki, yanvarın 29-u saat 19:00-da Azərbaycandabələdiyyə seçkilərində səsvermə başa çatıb. Saat 19:00-a olanməlumata əsasən, bələdiyyə seçkilərində 1 874 810 seçici səsverməhüququndan istifadə edib, seçici fəallığı 31,45 % olub.

Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxiledilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıyadaxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçkikomissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Məqalədə:
Seçilən
50
7
az.trend.az

10Mənbələr