Elm və Təhsil naziri Emin Əmruillayev Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Dərbənd filialında 2023-2024-cü il məzunlarına diplomların verilməməsi haqda sualı cavablandırıb.
Mia.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bu barədə fevralın 6-da keçirdiyi brifinqdə deyib.
Nair qeyd edib ki, diplomların verilməsində məhkəmə qərarı əsasdır: "Bu mövzu barədə araşdırma gedir. Əgər kimsə bizimlə razı deyilsə, məhkəməyə müraciət edə bilər. Belə olduğu halda məhkəmə qərarı ilə diplomları təqdim edə bilərik".
UNEC-ə yaxın mənbələr isə "Emin Əmrullayev rektor Ədalət Muradovun nazir təyin olunma ehtimalından qorxur deyə belə qalmaqalın böyüməsinə maraqlıdır" ittihamı irəli sürürlər...
Samir Musayev
MİA.AZ