AFFA U-17 Liqasının XXVI turunda keçirilən “Vətən” – “Neftçi” oyununda baş verən hadisə ilə bağlı AFFA-nın mətbuat xidməti açıqlama yayıb.
Futbolpress.az xəbər verir ki, qurum məsələ ilə bağlı AFFA İntizam Komitəsinin qərar verəcəyini bildirib6
“AFFA U-17 Liqasında keçirilən “Vətən” – “Neftçi” oyununda təəssüf ki, xoşagəlməz hadisələr baş verib. AFFA olaraq baş verən hadisəni pisləyirik. Hazırda araşdırma aparılır və AFFA İntizam Komitəsinin növbəti iclasında bununla bağlı qərar veriləcək”.