AZ

ABŞ KXDR ilə münasibətləri saxlamaqda maraqlıdır - Tramp

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp hazırkı administrasiyanın KXDR vəonun lideri Kim Çen Inla münasibətləri davam etdirmək niyyətindəolduğunu bəyan edib.

Trend-inməlumatına görə, Tramp bu açıqlamanı Yaponiyanın Baş naziri Şiqeruİşiba ilə Ağ Evdə keçirdiyi mətbuat konfransında verib.

"Bizim Şimali Koreya və Kim Çen Inla münasibətlərimiz olacaq.Onunla çox yaxşı anlaşdım, hamınız bunu bilirsiniz. Düşünürəm ki,bu münasibət davam etsə, hər kəs üçün böyük bir üstünlük olacaq", –Tramp bildirib.

ABŞ lideri həmçinin vurğulayıb ki, Kim Çen Inla əvvəlkidanışıqları sayəsində ABŞ və KXDR arasında müharibənin qarşısınıala bilib. "Düşünürəm ki, mən ABŞ-nin Şimali Koreya iləmüharibəsini dayandırdım", – deyə o əlavə edib.

Tramp, həmçinin, Yaponiyanın KXDR ilə əlaqələrin inkişafındamaraqlı olduğunu qeyd edib: "Yaponiya bu ideyanı dəstəkləyir, çünkionların Şimali Koreya ilə münasibətləri heç də yaxşı deyil".

Seçilən
23
7
az.trend.az

8Mənbələr