ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında Qəzza və Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Tramp Qəzza ilə bağlı planla bağlı tələsmədiklərini bildirərkən, Qəzzanın təhlükəsizliyindən İsrailin məsuliyyət daşıyacağını bildirib. Son açıqlamalarından fərqli olaraq, Tramp ABŞ-ın Qəzzaya sərmayəçi olacağını bildirib. Tramp: "Biz buna daşınmaz əmlak sövdələşməsi kimi baxırıq. Bunu bizə İsrail təqdim edib. Biz orada sərmayəçi olacağıq. Təhlükəsizliyi İsrail öz üzərinə götürəcək. Bizim qoşun göndərməyimizə ehtiyac yoxdur"-deyə, bildirib.
Tramp həmçinin Rusiya prezidenti Vladimir Putinlə görüşmək istədiyini bir daha bəyan edib. O, Ukraynada tapılan nadir torpaq elementləri ilə bağlı da açıqlama verərək, bu elementlərin qorunmalı olduğunu vurğulayıb. Tramp gələn həftə Ukrayna prezidenti ilə görüşəcəyini də açıqlayıb.
Prezident əlavə edib ki, o, Zelenskiyə: ABŞ-ın Ukraynaya xərclədiyi 300 milyard dollara görə kompensasiya almalı olduğunu bildirib.
Aytən Yaşar/ Turkustan.az