SSRİ xalq artisti Oleq Strijenov 96 yaşında vəfat edib.
AzPost bildirir ki, bu barədə onun ailə üzvləri məlumat verib. İlkin səbəb işemik insultun nəticəsi göstərlir.
Fevralın 7-də KİV-də Oleq Strijenovun işemik insult və ya beyin infarktı keçirdiyi barədə məlumat yayılıb. Həkimlər onun vəziyyətini stabilləşdirə biliblər.
Oleq Strijenov SSRİ xalq artistidir. O, bu adı 1988-ci ildə alıb. Aktyor çoxsaylı teatr mükafatlarının, o cümlədən kinonun inkişafındakı xidmətlərinə görə 2009-cu ildə “Qızıl Qartal” mükafatının laureatıdır. O, həmçinin Rusiya Milli Kinematoqrafiya Sənəti və Elmləri Akademiyasının üzvüdür.