AZ

SSRİ xalq artisti Oleq Strijenov vəfat edib

SSRİ xalq artisti Oleq Strijenov 96 yaşında vəfat edib.

İNFOAZ.WS xəbər verir ki, məlumatı aktyorun köməkçisi də təsdiqləyib. Oleq Aleksandroviçin ölümü ilə bağlı suala cavab verərək, “Bəli, bu doğrudur” dedi.

Fevralın 7-də Strijenovun beyin infarktı – işemik insult keçirdiyi bildirilib . Sənətçinin xəstəxanada dünyasını dəyişdiyi bildirilir.

Aktyor “Xoşbəxtliyin valehedici ulduzu”, “Ağ gecələr”, “At milçəyi”, “Sevimli klounum”, “Pyotrun gəncliyi”, “Maçalar kraliçası” və digər filmlərdəki rolları ilə tanınıb.

Fatimə
İNFOAZ.WS

SSRİ Xalq artisti dünyasını dəyişdi

Seçilən
71
4
infoaz.ws

10Mənbələr