AZ

"Adana Dəmirspor" "Qalatasaray"la oyunda meydandan çıxdı - VİDEO

Türkiyə Super Liqasının 23-cü turunda keçirilən "Qalatasaray" - "Adana Dəmirspor" matçı yarımçıq qalıb.

Fanat.Az xəbər verir ki, matçın 33-cü dəqiqəsində adanalılar meydanı tərk etmək qərarına gəlib.

"Adana Demirspor"un baş məşqçisi Mustafa Alper Avcı futbolçuların matça davam etməsini istəməyib və soyunub-geyinmə otağına yollanıb. Bundan sonra matçın hakimləri meydanı tərk ediblər.

Matç yarımçıq dayandırılıb. Qarşılaşma ilə bağlı qərarı Türkiyə Futbol Federasiyası verəcək.

Oyun dayandırılarkən "Qalatasaray" 1:0 öndə olub. Yeganə qolu 12-ci dəqiqədə penalti zərbəsi ilə Alvaro Morata vurub.
 

Seçilən
15
45
fanat.az

10Mənbələr