AZ

Ronaldo ərəb klubu ilə müqaviləsini uzatdı

Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə müqaviləsini uzadıb.

Axar.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira X sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, yeni anlaşma 2026-cı ilin yayınadək qüvvədə olacaq. Rəsmi açıqlama isə tezliklə veriləcək. Təcrübəli forvard "Əl-Nəsr"də 2023-cü ilin yanvarından çıxış edir.

Xatırladaq ki, indiyədək Kriştianu Ronaldo 924 qol vurub. Bunlardan 789-u klublarda, 135-i yığmada qeydə alınıb. Cari mövsümdə 40 yaşlı hücumçu 25 oyunda 23 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Transfermarkt onun bazar dəyərinin 12 milyon avro olduğunu iddia edib.

Seçilən
25
1
axar.az

2Mənbələr