AZ

Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsi bu gün başlayır

Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinə bu gün start veriləcək. SİA-nın məlumatına görə, kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov Misrətdin İskəndərovla, Teymur Rəcəbov Rauf Məmmədovla üz-üzə gələcək.

Qadınlarda isə Günay Məmmədzadə Gülnar Məmmədova ilə, Ülviyyə Fətəliyeva Gövhər Beydullayeva ilə görüşəcək.

Ötən gün tay-breykdə Teymur Rəcəbov Vüqar Əsədlini, Rauf Məmmədov Əhməd Əhmədzadəni üstələyib. Ş.Məmmədyarov və M.İskəndərov daha əvvəl yarımfinala vəsiqəni təmin ediblər.

Qadınlardan Günay Məmmədzadə tay-breykdə Səbinə İbrahimovaya, Gülnar Məmmədova Xanım Balacayevaya, Gövhər Beydullayeva isə Türkan Məmmədyarovaya qalib gəlib. Ü.Fətəliyeva daha əvvəl bu raundda iştirakını təmin edib.

Azərbaycan çempionatı

Yarımfinal mərhələsi

Kişilər
Şəhriyar Məmmədyarov - Misrətdin İskəndərov

Rauf Məmmədov - Teymur Rəcəbov

Qadınlar
Günay Məmmədzadə - Gülnar Məmmədov

Ülviyyə Fətəliyeva - Gövhər Beydullayeva

Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.

Seçilən
55
50
sia.az

10Mənbələr